Çeviriler | Sureler |
AZERBAIJANI | |
52 - ət-Tur | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; |
2 | And olsun yazılmış kitaba (Tövrata, Qur'ana, yaxud bütün ilahi kitablara) - |
3 | Açıq dəri üzərində (olan kitaba); |
4 | And olsun (mələklərin ibadət etdiyi) Beytülmə'mura; |
5 | And olsun yüksək tavana (uca göyə) |
6 | Və dolub daşan (alovlanan) dənizə ki, |
7 | Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! |
8 | Onu heç kəs dəf edə bilməz! |
9 | O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), |
10 | Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır. |
11 | O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına! |
12 | O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar. |
13 | O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. |
14 | (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur! |
15 | (Vəhyə, Qur'ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz? |
16 | Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" |
17 | Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne'mətlər içində olacaqlar. |
18 | Rəbbinin onlara əta etdiyi ne'mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. |
19 | (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; |
20 | Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. |
21 | İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur! |
22 | Onları istədikləri meyvə vəətlə (bol-bol) tə'min edəcəyik. |
23 | Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. |
24 | Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. |
25 | Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. |
26 | Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. |
27 | Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. |
28 | Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və'dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!" |
29 | Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne'məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə! |
30 | Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər. |
31 | De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!" |
32 | Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər. |
33 | Yoxsa onlar: "Onu (Qur'anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. |
34 | Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur'an) kimi bir kəlam gətirsinlər! |
35 | Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! |
36 | Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! |
37 | Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! |
38 | Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! |
39 | Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! |
40 | Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! |
41 | Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) |
42 | Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! |
43 | Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır! |
44 | Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!" - deyərlər (özlərinəəzab gəldiyinə inanmazlar). |
45 | Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! |
46 | O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. |
47 | Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz! |
48 | (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! |
49 | Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə'ninə tə'riflər de! (Gün ərzində vacib vəəlavə namazları qıl!) |
ReadTheQuran.org |