Çeviriler | Sureler |
AZERBAIJANI | |
82 - əl-İnfitar | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | Göy parçalanacağı zaman; |
2 | Ulduzlar dağılıb səpələnəcəyi zaman; |
3 | Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; |
4 | Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; |
5 | Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir! |
6 | Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? |
7 | O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. |
8 | Sənə Özü istədiyi surətdə biçim verdi. |
9 | Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! |
10 | Sizin üstünüzdə gözətçi mələklər - |
11 | (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. |
12 | Onlar sizin nə etdiklərinizi bilirlər. |
13 | Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö'minlər) Cənnətdə qərar tutacaqlar. |
14 | Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar. |
15 | Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar. |
16 | Onlar əsla oradan çıxan deyillər! |
17 | (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?! |
18 | Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!) |
19 | O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır! |
ReadTheQuran.org |