Çeviriler Sureler
AZERBAIJANI

86 - ət-Tariq

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
 
2(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
 
3(O, zülməti yaran) parlaq ulduzdur!
 
4Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
 
5Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
 
6O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
 
7(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
 
8Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
 
9Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
 
10(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
 
11And olsun yağış sahibi olan göyə;
 
12And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
 
13Bu (Qur'an haqla nahaqqı) ayırd edən kəlamdır!
 
14O, oyun-oyuncaq (əyləncə) deyildir!
 
15Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular.
 
16Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
 
17Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
 
 
ReadTheQuran.org