Çeviriler | Sureler |
AZERBAIJANI | |
88 - əl-Ğaşiyə | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
2 | (O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
3 | (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
4 | Yanar oda girəcəkdir; |
5 | Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. |
6 | Onların yeməyi (zəhərdən və acı) zəri'dən başqa bir şey olmayacaqdır. |
7 | (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. |
8 | (O gün) bir çox üzlər sevinəcək; |
9 | (Dünyadakı) zəhmətindən razı qalacaq; |
10 | (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, |
11 | Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. |
12 | Orada axar bulaq; |
13 | Orada uca taxtlar; |
14 | (Çeşmələr kənarında) piyalələr; |
15 | Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar |
16 | Və döşənmiş (nəfis) xalılar vardır! |
17 | Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? |
18 | Göyə (baxmırlar ki) necə ucaldılmışdır? |
19 | Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? |
20 | Və yerə (baxmırlar ki) necə döşədilmişdir? |
21 | (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! |
22 | Sən onların üzərində hakim deyilsən! |
23 | Lakin kim (imandan) üz döndərib (Qur'anı) inkar etsə |
24 | Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! |
25 | Şübhəsiz ki, onların axır dönüşü Bizədir! |
26 | Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
ReadTheQuran.org |