Çeviriler | Sureler |
AZERBAIJANI | |
90 - əl-Bələd | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | And içirəm bu şəhərə (Məkkəyə) - |
2 | Sənin yaşadığın (sənə halal olan) şəhərə; |
3 | And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, |
4 | Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) |
5 | Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? |
6 | Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir? |
7 | Məgər o heç kəsin onu görmədiyini güman edir?! |
8 | Məgər Biz ona iki göz vermədikmi?! |
9 | Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! |
10 | Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! |
11 | Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne'mətlərə şükür etmədi). |
12 | (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! |
13 | (O) bir kölə azad etməkdir; |
14 | Yaxud aclıq günü (zamanı) yemək verməkdir - |
15 | Qohumluq əlaqəsi çatan bir yetimə. |
16 | Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! |
17 | Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! |
18 | Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) |
19 | Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) |
20 | Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |
ReadTheQuran.org |