Çeviriler Sureler
AZERBAIJANI

92 - əl-Leyl

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
 
2And olsun işıqlanmaqda olan gündüzə;
 
3And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
 
4Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə'ziniz Cənnət üçün, bə'ziniz isə Cəhənnəm üçün çalışırsınız).
 
5Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
 
6Vəən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
 
7Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
 
8Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
 
9Vəən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
 
10Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
 
11(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
 
12Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö'min və ya kafir olmaq isə hər kəsin öz işidir).
 
13Axirət də Bizim, dünya da Bizimdir!
 
14(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
 
15Ora ancaq azğın (kafir) daxil olar.
 
16O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
 
17Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
 
18O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
 
19O şəxsin boynunda heç kəsin bir minnəti (ne'məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
 
20O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
 
21And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne'mətlərə görə) razı olacaqdır!
 
 
ReadTheQuran.org