Çeviriler | Sureler |
AZERBAIJANI | |
93 - əz-Zuha | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | And olsun səhərə; |
2 | And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, |
3 | (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. |
4 | Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! |
5 | Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! |
6 | Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! |
7 | Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! |
8 | Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! |
9 | Elə isə yetimə zülm etmə! |
10 | Dilənçini də (qapıdan) qovma! |
11 | Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç! |
ReadTheQuran.org |