Çeviriler Sureler
AZERBAIJANI

95 - ət-Tin

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun əncirə və zeytuna;
 
2And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
 
3And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
 
4Biz insanı ən gözəl biçimdə yaratdıq!
 
5Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
 
6Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
 
7(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
 
8Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
 
 
ReadTheQuran.org