Çeviriler | Sureler |
AZERBAIJANI | |
96 - əl-Ələq | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | (Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! |
2 | O, insanı laxtalanmış qandan yaratdı. |
3 | (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! |
4 | O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. |
5 | (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. |
6 | Xeyr, insan azğınlıq edər, |
7 | Özünün dövlətli olduğunu gördüyü üçün! |
8 | Axı sənin axır dönüşün Rəbbinədir! |
9 | Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur |
10 | Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? |
11 | Bir de görək, əgər o doğru yoldadırsa, |
12 | Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! |
13 | (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur'anı) yalan sayır və (imandan) üz döndərirsə, |
14 | Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! |
15 | Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - |
16 | Özü də yalançı, günahkar kəkilindən! |
17 | Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! |
18 | Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! |
19 | Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! |
ReadTheQuran.org |