Çeviriler | Sureler |
AZERBAIJANI | |
99 - əz-Zilzal | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; |
2 | Yer öz yükünü çıxardıb atacağı zaman; |
3 | İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman - |
4 | Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - |
5 | Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! |
6 | O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). |
7 | Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). |
8 | Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). |
ReadTheQuran.org |