Çeviriler | Sureler |
AZERBAIJANI | |
100 - əl-Adiyat | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; |
2 | And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; |
3 | And olsun sübh çağı hücum edən atlara; |
4 | And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; |
5 | Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, |
6 | İnsan öz Rəbbinə qarşı çox nankordur. |
7 | Və o özü də buna şahiddir. |
8 | Həqiqətən, insan var-dövlətə çox hərisdir! |
9 | Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; |
10 | Ürəklərdə olanlar faş ediləcəyi zaman |
11 | Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)! |
ReadTheQuran.org |