Çeviriler | Sureler |
AZERBAIJANI | |
104 - əl-Huməzə | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | (Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına! |
2 | O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). |
3 | Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. |
4 | Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! |
5 | Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! |
6 | O, Allahın yanar odudur. |
7 | Elə bir od ki, ürəkləri yandırıb-yaxar. |
8 | O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. |
9 | Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! |
ReadTheQuran.org |