Çeviriler Sureler
AZERBAIJANI

107 - əl-Maun

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
 
2O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
 
3Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
 
4Vay halına o namaz qılanların ki,
 
5Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
 
6Onlar (namazlarında) riyakarlıq edər,
 
7Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
 
 
ReadTheQuran.org