Çeviriler | Sureler |
AZERBAIJANI | |
109 - əl-Kafirun | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
1 | (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər! |
2 | Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! |
3 | Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz! |
4 | Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! |
5 | Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! |
6 | Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!" |
ReadTheQuran.org |