Çeviriler Sureler
AZERBAIJANI

114 - ən-Nas

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə;
 
2İnsanların ixtiyar sahibinə;
 
3İnsanların tanrısına;
 
4Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
 
5O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
 
6(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]"
 
 
ReadTheQuran.org