75 - əl-Qiyamə |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | And içirəm qiyamət gününə; |
| |
| 2 | And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) |
| |
| 3 | Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! |
| |
| 4 | Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! |
| |
| 5 | Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. |
| |
| 6 | Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar. |
| |
| 7 | Göz (heyrətdən) bərələcəyi; |
| |
| 8 | Ay tutulacağı; |
| |
| 9 | Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - |
| |
| 10 | Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir. |
| |
| 11 | Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! |
| |
| 12 | O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! |
| |
| 13 | O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! |
| |
| 14 | Doğrusu, insan özü-özünə şahiddir! |
| |
| 15 | O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! |
| |
| 16 | (Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!) |
| |
| 17 | Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. |
| |
| 18 | Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. |
| |
| 19 | Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! |
| |
| 20 | Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. |
| |
| 21 | Axirəti isə tərk edirsiniz. |
| |
| 22 | O gün neçə-neçə üzlər sevinib güləcək, |
| |
| 23 | Öz Rəbbinə baxacaqdır! |
| |
| 24 | O gün neçə-neçə üzlər tutulub qaralacaq, |
| |
| 25 | (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! |
| |
| 26 | Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, |
| |
| 27 | "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi, |
| |
| 28 | (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, |
| |
| 29 | Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, |
| |
| 30 | Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! |
| |
| 31 | Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı. |
| |
| 32 | Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. |
| |
| 33 | Sonra da özünü darta-darta ailəsinin yanına getdi. |
| |
| 34 | Vay sənin halına, vay! |
| |
| 35 | Yenə də vay sənin halına, vay! |
| |
| 36 | Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! |
| |
| 37 | Məgər o tökülən bir qətrə nütfə deyildimi?! |
| |
| 38 | Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). |
| |
| 39 | Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. |
| |
| 40 | Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! |
| |