88 - əl-Ğaşiyə |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
| |
| 2 | (O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
| |
| 3 | (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
| |
| 4 | Yanar oda girəcəkdir; |
| |
| 5 | Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. |
| |
| 6 | Onların yeməyi (zəhərdən və acı) zəri'dən başqa bir şey olmayacaqdır. |
| |
| 7 | (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. |
| |
| 8 | (O gün) bir çox üzlər sevinəcək; |
| |
| 9 | (Dünyadakı) zəhmətindən razı qalacaq; |
| |
| 10 | (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, |
| |
| 11 | Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. |
| |
| 12 | Orada axar bulaq; |
| |
| 13 | Orada uca taxtlar; |
| |
| 14 | (Çeşmələr kənarında) piyalələr; |
| |
| 15 | Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar |
| |
| 16 | Və döşənmiş (nəfis) xalılar vardır! |
| |
| 17 | Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? |
| |
| 18 | Göyə (baxmırlar ki) necə ucaldılmışdır? |
| |
| 19 | Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? |
| |
| 20 | Və yerə (baxmırlar ki) necə döşədilmişdir? |
| |
| 21 | (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! |
| |
| 22 | Sən onların üzərində hakim deyilsən! |
| |
| 23 | Lakin kim (imandan) üz döndərib (Qur'anı) inkar etsə |
| |
| 24 | Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! |
| |
| 25 | Şübhəsiz ki, onların axır dönüşü Bizədir! |
| |
| 26 | Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
| |