100 - əl-Adiyat |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; |
| |
| 2 | And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; |
| |
| 3 | And olsun sübh çağı hücum edən atlara; |
| |
| 4 | And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; |
| |
| 5 | Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, |
| |
| 6 | İnsan öz Rəbbinə qarşı çox nankordur. |
| |
| 7 | Və o özü də buna şahiddir. |
| |
| 8 | Həqiqətən, insan var-dövlətə çox hərisdir! |
| |
| 9 | Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; |
| |
| 10 | Ürəklərdə olanlar faş ediləcəyi zaman |
| |
| 11 | Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)! |
| |