89 - əl-Fəcr |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | And olsun dan yerinə; |
| |
| 2 | And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); |
| |
| 3 | And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə); |
| |
| 4 | And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)! |
| |
| 5 | Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?! |
| |
| 6 | (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! |
| |
| 7 | Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! |
| |
| 8 | (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı. |
| |
| 9 | (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?! |
| |
| 10 | Eləcə də saysız-hesabsız ordular sahibi Fir'ona?! |
| |
| 11 | O kəslər ki, məmləkətlərdə tüğyan edir, |
| |
| 12 | Oralarda çoxlu fitnə-fəsad törədirlər. |
| |
| 13 | Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi. |
| |
| 14 | Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür. |
| |
| 15 | İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne'mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər. |
| |
| 16 | Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər. |
| |
| 17 | Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). |
| |
| 18 | Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. |
| |
| 19 | Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). |
| |
| 20 | Mal-dövləti isə lap çox sevirsiniz. |
| |
| 21 | Xeyr! Yer dağılıb parça-parça olacağı; |
| |
| 22 | Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı |
| |
| 23 | Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! |
| |
| 24 | O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir. |
| |
| 25 | O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! |
| |
| 26 | (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! |
| |
| 27 | (Qiyamət günü Allah-təala mö'min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın və'dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!") |
| |
| 28 | Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! |
| |
| 29 | (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! |
| |
| 30 | (Onlarla birlikdə) Cənnətimə varid ol!" |
| |