77 - əl-Mursəlat |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); |
| |
| 2 | And olsun şiddətləəsənlərə (və ya yel kimi tez gedənlərə); |
| |
| 3 | And olsun (Allahın ayələrini, kitablarını vəəmrlərini) yayanlara; |
| |
| 4 | And olsun (haqla batili) ayıranlara; |
| |
| 5 | And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- |
| |
| 6 | (Mö'minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, |
| |
| 7 | Sizə və'd edilən (qiyamət) mütləq vaqe olacaqdır! |
| |
| 8 | Ulduzlar sönəcəyi; |
| |
| 9 | Göy yarılacağı; |
| |
| 10 | Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); |
| |
| 11 | Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, |
| |
| 12 | (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?" |
| |
| 13 | (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!" |
| |
| 14 | Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! |
| |
| 15 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 16 | Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! |
| |
| 17 | Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. |
| |
| 18 | Biz günahkarlarla belə rəftar edirik. |
| |
| 19 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 20 | Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! |
| |
| 21 | Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, |
| |
| 22 | Müəyyən bir vaxta qədər. |
| |
| 23 | Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! |
| |
| 24 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 25 | Məgər Biz yeri məskən etmədikmi |
| |
| 26 | Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). |
| |
| 27 | Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. |
| |
| 28 | O gün vay halına (bu ne'mətləri) yalan sayanların! |
| |
| 29 | (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! |
| |
| 30 | Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!" |
| |
| 31 | O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. |
| |
| 32 | O (hər biri) bir saray boyda qığılcımlar saçar. |
| |
| 33 | O (qığılcımlar), sanki sarı dəvə sürükləridir. |
| |
| 34 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 35 | Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. |
| |
| 36 | Onlara üzr istəməyə izin də verilməz. |
| |
| 37 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 38 | Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! |
| |
| 39 | (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! |
| |
| 40 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 41 | Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, |
| |
| 42 | İstədikləri meyvə içində olacaqlar! |
| |
| 43 | (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! |
| |
| 44 | Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!" |
| |
| 45 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 46 | (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!) |
| |
| 47 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 48 | Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar! |
| |
| 49 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
| |
| 50 | (Bu kafirlər) ona da (Qur'ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! |
| |