78 - ən-Nəbə |
| |
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
| |
| |
| 1 | (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar? |
| |
| 2 | Böyük bir xəbər (qiyamət günü) haqqında! |
| |
| 3 | Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar. |
| |
| 4 | Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
| |
| 5 | Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
| |
| 6 | Məgər Biz yeri döşək etmədikmi?! |
| |
| 7 | Dağları da dirək?! |
| |
| 8 | Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. |
| |
| 9 | Yuxunuzu da istirahət etdik. |
| |
| 10 | Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. |
| |
| 11 | Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik. |
| |
| 12 | Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. |
| |
| 13 | Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. |
| |
| 14 | (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, |
| |
| 15 | Onunla dən və bitki yetişdirək, |
| |
| 16 | Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. |
| |
| 17 | Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır! |
| |
| 18 | Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz. |
| |
| 19 | (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır. |
| |
| 20 | Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir. |
| |
| 21 | Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! |
| |
| 22 | O, azğınların məskənidir. |
| |
| 23 | Onlar orada sonsuz müddət qalacaqlar. |
| |
| 24 | Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; |
| |
| 25 | Qaynar sudan və irindən başqa!- |
| |
| 26 | (Dünyadakı əmələrinə) uyğun cəza olaraq. |
| |
| 27 | Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). |
| |
| 28 | Ayələrimizi də elə hey təkzib edirdilər. |
| |
| 29 | Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik). |
| |
| 30 | İndi (ey kafirlər!) dadın əzabı. Biz sizəəzabdan başqa bir şey artırmayacağıq! |
| |
| 31 | Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), |
| |
| 32 | Bağçalar və üzüm bağları, |
| |
| 33 | Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. |
| |
| 34 | (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! |
| |
| 35 | Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. |
| |
| 36 | (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir - |
| |
| 37 | Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar! |
| |
| 38 | Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir! |
| |
| 39 | Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar! |
| |
| 40 | Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir. |
| |