___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

46 - əl-Əhqaf

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Ha, Mim!
 
2Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
 
3Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana də'vət edən öyüd-nəsihətdən) üz döndərdilər.
 
4(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur'andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!
 
5Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
 
6İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.
 
7Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur'an) barəsində: "Bu, aşkar bir sehrdir!" - deyirlər.
 
8Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur'an) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!"
 
9De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
 
10De: "Bir deyin görək, əgər (bu Qur'an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Qur'anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"
 
11Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur'an, islam dini) yaxşı bir şey olsaydı, (mö'minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur'anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!" - deyəcəklər.
 
12Ondan (Qur'andan) əvvəl Musanın (İsrail oğullarına, mö'minlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur'an özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!
 
13Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!
 
14Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!
 
15Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne'mətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)"
 
16Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru və'də görə cənnət əhli içərisində olacaq kimsələrdir!
 
17(Özünü Allaha, axirət gününə iman gətirməyə də'vət edən) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və'd edirsiniz?! - deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, Allahın və'di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.
 
18Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!
 
19Hamının (mö'minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.
 
20Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne'mətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!"
 
21(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
 
22Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə və'd etdiyini (əzabı) gətir görək!" - deyə cavab vermişdilər.
 
23(Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!"
 
24Onu (özlərinə və'd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
 
25O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!
 
26(Ey Məkkəəhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.
 
27And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).
 
28Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları və öz uydurmalarıdır.
 
29(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Qur'anı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Qur'an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Qur'anı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).
 
30Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!
 
31Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!
 
32Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"
 
33Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!
 
34Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"
 
35(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və'd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur'an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)