___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

62 - əl-Cumuə

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şə'ninə tə'riflər deyər!
 
2(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Qur'anı və şəriəti) öyrədər.
 
3(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
 
4Bu, Allahın istədiyinəəta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
 
5Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
 
6(Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı ne'mətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
 
7Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
 
8(Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
 
9Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
 
10Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
 
11Onlar (mö'minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!" (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinəəhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).