95 - ət-Tin |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | And olsun əncirə və zeytuna; |
|
2 | And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; |
|
3 | And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, |
|
4 | Biz insanı ən gözəl biçimdə yaratdıq! |
|
5 | Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! |
|
6 | Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir. |
|
7 | (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?! |
|
8 | Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! |
|