___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

79 - ən-Naziat

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun (kafirlərin canını) zorla alanlara;
 
2And olsun (mö'minlərin canını) rahatlıqla alanlara;
 
3And olsun sür'ətlə üzənlərə;
 
4And olsun (bir-birini) ötdükcə ötənlərə;
 
5And olsun işəəncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!
 
6O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
 
7Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).
 
8O gün ürəklər qorxub titrəyəcək,
 
9Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.
 
10(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!
 
11Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!"
 
12Onlar deyirlər: "Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).
 
13(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə'rədir)!
 
14Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!
 
15(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
 
16O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
 
17"Fir'onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).
 
18Və de: "(Günahlardan) təmizlənmək istəyirsənmi?
 
19Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"
 
20(Musa gəlib Allahın buyuruğunu Fir'ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö'cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.
 
21Lakin (Fir'on Musanı) təkzib edib (ona) asi oldu.
 
22Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.
 
23Və (ə'yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
 
24"Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!"
 
25Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı vəəvvəlinci sözlərinin cəzasını verdi).
 
26Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.
 
27(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;
 
28Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
 
29Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!
 
30Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).
 
31Ondan suyunu və otlağını çıxartdı.
 
32(Orada) dağları yerləşdirdi.
 
33(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.
 
34O böyük bəla (qiyamət) gələndə,
 
35O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.
 
36Cəhənnəm də hər görənə görünəcəkdir.
 
37Kim (dünyada) azğınlıq etmişsə,
 
38Dünyanı (axirətdən) üstün tutmuşsa,
 
39Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
 
40Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,
 
41Həqiqətən, onun yurdu Cənnətdir!
 
42(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.
 
43Sən onu (onun vaxtını) nə bilirsən?!
 
44Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.
 
45Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!
 
46Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!