___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

60 - əl-Mumtəhinə

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur'anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
 
2Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pislikləəl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
 
3Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
 
4İbrahim və onunla birlikdə olanlar (mö'minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəədavət və nifrət olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
 
5Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"
 
6(Ey mö'minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə'rifə (şükrə) layiqdir!
 
7(Ey mö'minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
 
8Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
 
9Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
 
10Ey iman gətirənlər! Mö'min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö'min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö'minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
 
11Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
 
12Ya Peyğəmbər! Mö'min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey'ət etmək üçün yanına gəldikləri zaman onların bey'ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
 
13Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!