102 - ət-Təkasur |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, |
|
2 | Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)]. |
|
3 | Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! |
|
4 | Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! |
|
5 | Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)! |
|
6 | (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz! |
|
7 | Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz! |
|
8 | Sonra da həmin gün (Allahın dünyada sizəəta etdiyi) ne'mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! |
|