69 - əl-Haqqə |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | Haqq olan qiyamət! |
|
2 | Nədir qiyamət?! |
|
3 | Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) |
|
4 | Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! |
|
5 | Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. |
|
6 | Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. |
|
7 | Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünəəsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. |
|
8 | İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! |
|
9 | Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö'təfikəəhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. |
|
10 | Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. |
|
11 | Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. |
|
12 | Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! |
|
13 | Sur bircə dəfə üfürüləcəyi; |
|
14 | Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - |
|
15 | Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! |
|
16 | Və (göy) süst düşüb parçalanacaqdır! |
|
17 | Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! |
|
18 | O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! |
|
19 | Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun! |
|
20 | Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!" |
|
21 | Bundan belə o, xoş güzəran içində, |
|
22 | Yüksək bir Cənətdə olacaqdır. |
|
23 | (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). |
|
24 | (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!" |
|
25 | Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! |
|
26 | Hesabımın nə olduğunu bilməyəydim! |
|
27 | Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) |
|
28 | Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). |
|
29 | Mülküm (səltənətim) də məhv olub getdi!" |
|
30 | (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın! |
|
31 | Sonra da Cəhənnəmə atın! |
|
32 | Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |
|
33 | Çünki o, böyük olan Allaha inanmırdı. |
|
34 | O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |
|
35 | Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |
|
36 | İrindən başqa bir yeməyi də yoxdur. |
|
37 | Onu ancaq günahkarlar yeyər!" |
|
38 | And içirəm gördüklərinizə, |
|
39 | Və görmədiklərinizə ki, |
|
40 | Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! |
|
41 | O, şair sözü deyildir! Nə az inanırsınız! |
|
42 | O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! |
|
43 | O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
|
44 | Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi, |
|
45 | Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! |
|
46 | Sonra onun şah damarını qopardardıq! |
|
47 | Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. |
|
48 | Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir. |
|
49 | (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. |
|
50 | Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). |
|
51 | Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir. |
|
52 | Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et! |
|