83 - əl-Mutəffifin |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | Vay halına çəkidə və ölçüdə aldadanların! |
|
2 | O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
|
3 | Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
|
4 | Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
|
5 | Özü də dəhşətli bir gündə?! |
|
6 | O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
|
7 | Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
|
8 | Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
|
9 | O, yazılı bir kitabdır! |
|
10 | O gün vay halına yalan sayanların! |
|
11 | O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
|
12 | Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
|
13 | Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər. |
|
14 | Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
|
15 | Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
|
16 | Sonra Cəhənnəmə varid qalacaqlar. |
|
17 | Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir. |
|
18 | Xeyr! (Mö'minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö'minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! |
|
19 | Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! |
|
20 | O, yazılı bir kitabdır. |
|
21 | Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! |
|
22 | Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö'minlər Nəim cənnətlərində olacaqlar. |
|
23 | Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne'mətlərə) tamaşa edəcəklər. |
|
24 | Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! |
|
25 | Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. |
|
26 | Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! |
|
27 | Ona təsnim (suyu) qatılmışdır. |
|
28 | O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). |
|
29 | Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. |
|
30 | (Mö'minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. |
|
31 | Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. |
|
32 | Onlar (mö'minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər. |
|
33 | Halbuki onlara (mö'minlərə) nəzarətçi göndərilməmişdir. |
|
34 | Bu gün isə mö'minlər kafirlərə güləcəklər. |
|
35 | Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). |
|
36 | Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |
|