___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

51 - əz-Zariyat

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Toz-torpağı) sovurub-dağıdan küləklərə;
 
2Yağış yüklü buludlara;
 
3Asanlıqla üzüb gedən gəmilərə;
 
4Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
 
5Sizə və'd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
 
6Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!
 
7(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
 
8(Ey müşriklər!) Sizin (Qur'an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə'ziniz Qur'ana şe'r, Peyğəmbərə şair, bə'ziniz də Qur'ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
 
9Ondan (Qur'andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur'andan və Peyğəmbərdən də elə o dönər!)
 
10Məhv olsun yalançılar! (Allah onlara lə'nət eləsin!)
 
11O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
 
12Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
 
13O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
 
14(Mələklər onlara deyəcəklər: ) "Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!"
 
15Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
 
16Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
 
17Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
 
18Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.
 
19Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.
 
20Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
 
21Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
 
22Göydə də ruzinin (yağış, qar) və və'd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və'd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
 
23Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
 
24(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
 
25Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): "Bunlar tanımadığım kimsələrdir!" -dedi.
 
26O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
 
27Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi.
 
28(İbrahim qonaqların yeməyəəl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
 
29(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)"
 
30Onlar: "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!" - dedilər.
 
31(Sonra İbrahim) dedi: "Ey elçilər! Sizin işiniz nədir?"
 
32Onlar dedilər: "Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.
 
33Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).
 
34(Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!"
 
35Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö'minləri çıxartdıq.
 
36Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq.
 
37Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).
 
38Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir'onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.
 
39O, bütün ə'yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): "Bu sehrbazdır, yaxud da dəlidir!" - demişdi.
 
40Nəhayət, onu vəəsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).
 
41Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.
 
42O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.
 
43Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: "Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!" - deyilmişdi.
 
44Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.
 
45Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).
 
46Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.
 
47Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
 
48Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)
 
49Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!
 
50(Ya Rəsulum! Bu insanlara de: ) "Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
 
51Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
 
52(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
 
53Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!
 
54(Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).
 
55Sən (onlara Qur'anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö'minlərə fayda verir.
 
56Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!
 
57Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!
 
58Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!
 
59Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini dəəvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinəəzab verməyə) tələsdirməsinlər!
 
60Və'd olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!