56 - əl-Vaqiə |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | Qiyamət vaqe olacağı (qopacağı) vaxt |
|
2 | Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz! |
|
3 | O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır. |
|
4 | Yer hərəkətə gəlib şiddətlə titrədiyi, |
|
5 | Dağlar parça-parça olub ovxalandığı |
|
6 | Və toz kimi səpələndiyi zaman |
|
7 | Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız: |
|
8 | Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!) |
|
9 | Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!) |
|
10 | Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) |
|
11 | Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir. |
|
12 | Onlar Nəim cənnətlərində olacaqlar. |
|
13 | (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
|
14 | Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir). |
|
15 | (Onlar qızıl-gümüş, lə'l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, |
|
16 | Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. |
|
17 | Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; |
|
18 | (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. |
|
19 | (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. |
|
20 | (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr |
|
21 | Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). |
|
22 | (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. |
|
23 | (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. |
|
24 | Onlar (bu ne'mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar. |
|
25 | Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. |
|
26 | Eşitdikləri söz ancaq "salam" olacaqdır. |
|
27 | Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? |
|
28 | (Onlar) tikansız sidr ağacları, |
|
29 | Salxım-salxım sallanmış möüz (banan) ağacları altında; |
|
30 | Çəkilməyən (daimi) kölgəliklərdə; |
|
31 | Axar su kənarında; |
|
32 | Bol meyvələr - |
|
33 | Tükənməz və qadağan edilməyən (meyvələr) içində |
|
34 | Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar! |
|
35 | Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! |
|
36 | Onları bakirə qızlar, |
|
37 | Ərlərini sevən, həmyaşıdlar edəcəyik. |
|
38 | Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar! |
|
39 | (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
|
40 | Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir). |
|
41 | Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? |
|
42 | (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, |
|
43 | Qapqara duman kölgəsində olacaqlar! |
|
44 | (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir. |
|
45 | Onlar bundan əvvəl (dünyada) naz-ne'mət içində idilər. |
|
46 | Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular. |
|
47 | Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?! |
|
48 | Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!" |
|
49 | (Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da, |
|
50 | Mə'lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər. |
|
51 | Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! |
|
52 | Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, |
|
53 | Qarınlarınızı onunla dolduracaqsınız. |
|
54 | Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. |
|
55 | Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. |
|
56 | Bu onların haqq-hesab günündəki ziyafətidir. |
|
57 | (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz? |
|
58 | Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? |
|
59 | Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?! |
|
60 | Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik, |
|
61 | (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları iləəvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! |
|
62 | And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! |
|
63 | Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? |
|
64 | Onu bitirən sizsiniz, yoxsa Biz?! |
|
65 | Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: |
|
66 | "Biz ziyana uğramış, |
|
67 | Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!" (deyərdiniz). |
|
68 | Bəs içdiyiniz suya nə deyirsiniz? |
|
69 | Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! |
|
70 | Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne'mətlərinə) şükür etmirsiniz? |
|
71 | Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? |
|
72 | Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? |
|
73 | Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. |
|
74 | Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et! |
|
75 | Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki - |
|
76 | Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz - |
|
77 | (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur'andır. |
|
78 | (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır). |
|
79 | Ona yalnız pak olanlar toxuna bilər! |
|
80 | (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
|
81 | İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?) |
|
82 | Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz? |
|
83 | (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman |
|
84 | Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). |
|
85 | Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz! |
|
86 | Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, |
|
87 | Vəəgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?! |
|
88 | Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa, |
|
89 | (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir! |
|
90 | Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə), |
|
91 | (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam olsun!" (deyiləcəkdir). |
|
92 | Əgər (ölən kimsə Allahın ayələrini, mö'cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa, |
|
93 | (Ona) qaynar su ziyafəti veriləcək |
|
94 | Və özü də Cəhənnəmə atılacaqdır. |
|
95 | Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir! |
|
96 | Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!) |
|