77 - əl-Mursəlat |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); |
|
2 | And olsun şiddətləəsənlərə (və ya yel kimi tez gedənlərə); |
|
3 | And olsun (Allahın ayələrini, kitablarını vəəmrlərini) yayanlara; |
|
4 | And olsun (haqla batili) ayıranlara; |
|
5 | And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- |
|
6 | (Mö'minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, |
|
7 | Sizə və'd edilən (qiyamət) mütləq vaqe olacaqdır! |
|
8 | Ulduzlar sönəcəyi; |
|
9 | Göy yarılacağı; |
|
10 | Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); |
|
11 | Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, |
|
12 | (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?" |
|
13 | (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!" |
|
14 | Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! |
|
15 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
16 | Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! |
|
17 | Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. |
|
18 | Biz günahkarlarla belə rəftar edirik. |
|
19 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
20 | Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! |
|
21 | Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, |
|
22 | Müəyyən bir vaxta qədər. |
|
23 | Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! |
|
24 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
25 | Məgər Biz yeri məskən etmədikmi |
|
26 | Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). |
|
27 | Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. |
|
28 | O gün vay halına (bu ne'mətləri) yalan sayanların! |
|
29 | (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! |
|
30 | Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!" |
|
31 | O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. |
|
32 | O (hər biri) bir saray boyda qığılcımlar saçar. |
|
33 | O (qığılcımlar), sanki sarı dəvə sürükləridir. |
|
34 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
35 | Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. |
|
36 | Onlara üzr istəməyə izin də verilməz. |
|
37 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
38 | Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! |
|
39 | (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! |
|
40 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
41 | Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, |
|
42 | İstədikləri meyvə içində olacaqlar! |
|
43 | (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! |
|
44 | Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!" |
|
45 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
46 | (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!) |
|
47 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
48 | Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar! |
|
49 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
50 | (Bu kafirlər) ona da (Qur'ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! |
|