___Çeviriler___

_Kuran?_

_Araçlar_

_Ara_

_Linkler_

_Katkida_Bulun_

_Not_

1 - əl-Fatihə
2 - əl-Bəqərə
3 - Ali-İmran
4 - ən-Nisa
5 - əl-Maidə
6 - əl-Ən’am
7 - əl-Ə’raf
8 - əl-Ənfal
9 - ət-Tovbə
10 - Yunus
11 - Hud
12 - Yusuf
13 - ər-Rə’d
14 - İbrahim
15 - ər-Hicr
16 - ən-Nəhl
17 - əl-İsra
18 - ər-Kəhf
19 - Məryəm
20 - Taha
21 - əl-Ənbiya
22 - əl-Həcc
23 - əl-Mu’minun (Mö’minlər)
24 - ən-Nur
25 - əl-Furqan
26 - əş-Şüəra
27 - ən-Nəml
28 - əl-Qəsəs
29 - əl-Ənkəbut
30 - ər-Rum
31 - Loğman
32 - əs-Səcdə
33 - əl-Əhzab
34 - Səba surəsi
35 - Fatir
36 - Yasin surəsi
37 - əs-Saffat
38 - Sad surəsi
39 - əz-Zumər
40 - əl-Mu’min
41 - Fussilət
42 - əş-Şura
43 - əz-Zuxruf
44 - əd-Duxan
45 - əl-Casiyə
46 - əl-Əhqaf
47 - Muhəmməd surəsi
48 - əl-Fəth
49 - əl-Hucurat
50 - Qaf surəsi
51 - əz-Zariyat
52 - ət-Tur
53 - ən-Nəcm
54 - əl-Qəmər
55 - ər-Rəhman
56 - əl-Vaqiə
57 - əl-Hədid
58 - əl-Mücadələ
59 - əl-Həşr
60 - əl-Mumtəhinə
61 - əs-Saff
62 - əl-Cumuə
63 - əl-Munafiqun
64 - ət-Təğabun
65 - ət-Talaq
66 - ət-Təhrim
67 - əl-Mulk
68 - Nun və ya əl-Qələm
69 - əl-Haqqə
70 - əl-Məaric
71 - Nuh
72 - əl-Cinn
73 - əl-Muzzəmmil
74 - əl-Muddəssir
75 - əl-Qiyamə
76 - əl-İnsan və ya əd-Dəhr
77 - əl-Mursəlat
78 - ən-Nəbə’
79 - ən-Naziat
80 - Əbəsə
81 - ət-Təkvir
82 - əl-İnfitar
83 - əl-Mutəffifin
84 - əl-İnşiqaq
85 - əl-Buruc
86 - ət-Tariq
87 - əl-Ə’la
88 - əl-Ğaşiyə
89 - əl-Fəcr
90 - əl-Bələd
91 - əş-Şəms
92 - əl-Leyl
93 - əz-Zuha
94 - əl-İnşirah
95 - ət-Tin
96 - əl-Ələq
97 - əl-Qədr
98 - əl-Bəyyinə
99 - əz-Zilzal
100 - əl-Adiyat
101 - əz-Qariə
102 - ət-Təkasur
103 - əl-Əsr
104 - əl-Huməzə
105 - əl-Fil
106 - əl-Qüreyş
107 - əl-Maun
108 - əl-Kovsər
109 - əl-Kafirun
110 - ən-Nəsr
111 - Əbu-Ləhəb
112 - əl-İxlas
113 - əl-Fələq
114 - ən-Nas
AZERBAIJANI

53 - ən-Nəcm

 

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,
 
2Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
 
3O, kefi istəyəni (havadan) danışmır.
 
4Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
 
5Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
 
6O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.
 
7O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.
 
8Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
 
9(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
 
10Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.
 
11Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).
 
12Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?
 
13And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me'rac vaxtı) görmüşdü;
 
14(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.
 
15(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə'va cənnəti onun yanındadır.
 
16O zaman Sidrəni nələr bürümüşdü, nələr!
 
17Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).
 
18And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö'cüzələrindən) bir qismini (Beytül-mə'muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.
 
19(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!
 
20Digər üçüncü (büt) olan Mənat da həmçinin?!
 
21Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!
 
22Elə isə bu ədalətsiz bölgüdür!
 
23Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur'an və Peyğəmbər) gəlmişdir.
 
24Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər).
 
25Axirətdə, dünya da ancaq Allahındır!
 
26Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö'minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).
 
27Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər.
 
28Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isəəsla həqiqət ola bilməz!
 
29Artıq (ya Peyğəmbər!) Bizim Qur'anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
 
30Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!
 
31Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərəəməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isəən gözəl mükafatla mükafatlandıracaqdır!
 
32(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!
 
33(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,
 
34Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?
 
35Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və'd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).
 
36Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!
 
37Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)
 
38(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) "Heç bir günahkar başqasının günahına yüklənməz!
 
39İnsana ancaq öz zəhməti (sə'yi, çalışması, əməli) qalar!
 
40Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə'yi, əməli) görünəcəkdir!
 
41Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!"
 
42Həqiqətən, axır dönüş sənin Rəbbinədir!
 
43Güldürən də, ağladan da Odur!
 
44Öldürən də, dirildən də Odur!
 
45(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur -
 
46(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.
 
47(Ölüləri) yenidən diriltmək də Ona aiddir!
 
48(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!
 
49Şi'ranın (Şi'ra ulduzunun) da Rəbbi Odur!
 
50Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.
 
51Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.
 
52Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.
 
53(Lut qövmünün yurdu) Mö'təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).
 
54Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)
 
55(Ey insan!) Sən öz Rəbbinin hansı ne'mətlərinə şəkk edirsən?!
 
56Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!
 
57(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.
 
58Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)
 
59İndi siz bu kəlama (Qur'ana) təəccübmü edirsiniz?
 
60Həm də gülürsünüz, heç ağlamırsınız!
 
61Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e'tina etmirsiniz).
 
62(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)