101 - əz-Qariə |
|
|
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
1 | Ürəkləri dəhşətə salan qiyamət! |
|
2 | Nədir qiyamət?! |
|
3 | Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! |
|
4 | O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq); |
|
5 | Dağlar isə didilmiş yun kimi olacaqdır! |
|
6 | (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə, |
|
7 | (Cənnətdə) xoş güzəran içində olacaq! |
|
8 | Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə, |
|
9 | Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! |
|
10 | Sən nə bilirsən ki, o (Haviyə) nədir?! |
|
11 | O çox qızmar bir atəşdir! |
|